Accessibility links

Bağdad partlayışına görə İrana arxalanan şiə ekstremistlər günahlandırılır


ABŞ ordusu dünən Bağdadın mərkəzindəki bazarda 13 adamın ölümü, 60 nəfərin yaralanmasına səbəb olan partlayışa görə İrana arxalanan şiə ekstremistləri günahlandırıb. Bu arada İraq qüvvələri tərəfindən terrorçuluqda şübhələnilən 4 adam nəzarət altına alınıb. Onlardan ikisinin komandir olduğu bildirilir. Ordunun bəyanatında deyilir ki, ekstremist liderlər Bağdadın şimal-şərq bölgəsində gecə reydləri zamanı ələ keçirilib. Polisin məlumatında deyilir ki, Samarra şəhərində həyata keçirilən reydlər zamanı iki şübhəli nəzarət altına alınıb.

XS
SM
MD
LG