Accessibility links

Pakistanın sabiq baş naziri Navaz Şərif ölkəyə qayıdıb


Pakistanın sabiq baş naziri Navaz Şərif 7 il Səudiyyə Ərəbistanında sürgündə yaşadıqdan sonra Pakistanın Lahor şəhərinə qayıdıb. O, gələn ilki seçkilər qabağı ölkəyə qayıdan son müxalifət fiqurudur. Müxalifətin bildirdiyinə görə, Pakistan polisi daha əvvəl Navaz tərəfdarlarının izdihamlı yürüşünün qarşısını almaq üçün onları mühasirəyə alıb.

Sabiq baş nazirin Pakistan Müsəlman Liqası Partiyasının sözçüsü Əhsən İqbal polisin həmçinin barrikadalar yerləşdirdiyini deyib. Hökumət rəsmiləri isə cənab Şərifin ölkədə qalmasına icazə veriləcəyini bildiriblər. Qərar keçən həftə Səudiyyə Ərədistanın kralı Abdulla ilə Pakistan prezidenti Pərviz Müşərrəfin görüşündən sonra verilib. Cənab Şərifin partiyası general Müşərrəfin fövqəladə vəziyyətə son qoymayacağı təqdirdə yanvarda keçiriləcək seçkiləri boykot etməyə hazırlaşan müxalifət koalisiyasının bir hissəsidir.

XS
SM
MD
LG