Accessibility links

Pakistanda 30 yaraqlı öldürülüb


Pakistan ordusunun bildirdiyinə görə, ölkənin şimalındakı Svat vadisinə quru hücumu keçirən hökumət qüvvələri Talibanyönümlü 30 yaraqlını öldürüb. Bu, ərazidə keçirilən ilk quru hücumudur. Svat Vadisi turistlərin keçmiş məhşur ziyarətgahı kimi tanınır. Son insidentlər zamanı 250-dən çox insan ölən regiona bütün ərzaq çatdırılmaları dayandırılıb. Svat vadisində iğtişaş keçən ay Talibanyönümlü Mövlana Fəzlullahın hökumətə qarşı müqəddəs müharibə elan etməsindən sonra başlayıb. Dünən verilən başqa bir xəbərdə isə Pakistanın Ravalpindidəki ordusunu hədəfə alan 2 bomba partlayışı nəticəsində ən azı 20 nəfərin həlak olduğu bildirilib.
XS
SM
MD
LG