Accessibility links

Mixail Saakaşvili prezident seçki kampaniyasına qatılmaq üçün istefa verib


Gürcüstan prezident Mixail Saakaşvili yanvar ayında yenidən prezident seçilmək üçün seçkilərə qatılmaq məqsədilə səlahiyyətlərini təhvil verdiyini bildirib. Cənab Saakaşvili qanunun tələb etdiyi kimi, bu gün istefa verərək səlahiyyətlərini ən yaxın müttəfiqi olan parlamentin spikeri Nino Burcanadzeyə təhvil verib. Növbədənkənar prezident seçkiləri yanvarın 5nə təyin olunub. Mixail Saakaşvilinin istefası minlərlə nümayişçinin Tbilisinin mərkəzində İmedi televiziya stansiyasının yayımının bərpası tələbilə nümayiç keçirdiyi vaxt elan edib. Zorakılıqlar barədə məlumat verilməyib. Bu günkü nümayiş noyabrın 7-i polisin Saakaşvili əleyhinə nümayişləri dağıtmasından sonra ilk aksiyadır.

XS
SM
MD
LG