Accessibility links

Xorvatiyada parlament seçkiləri keçirilir


Xorvatiyada seçicilər parlament seçkilərində səs verir. İlkin rəy sorğuları müxalif sosial demokratların baş nazir İvo Sanadersin mühafizəkar Xorvat Demokratik Birliyi partiyası ilə bərabər olduğunu göstərir. Heç bir partiyanın özünün hökumət təşkil etmək üçün kifayət qədər səs toplayacağı gözlənilmir. Təhlilçilər seçkilərdən sonra koalisiyanın yaradılmasına dair uzun sürəcək danışıqlar aparılacağını söyləyirlər. Ekzit polların bu gün axşam məlum olacağı gözlənilir. Hər iki partiya Xorvatiyanın Avropa Birliyi və NATO-ya inteqrasiyanı dəstəkləyən qərb yönlü siyasət tərəfdarıdır. Hazırkı hökumət Avropa Birliyinə üzvlüyə dair danışıqlar aparır və Xorvatiyanın 2010-cu ildə qurumun 28-ci üzvü olacağı gözlənilir. NATO Xorvatiyanı gələn il alyansa dəvət etməyi planlaşdırır.
XS
SM
MD
LG