Accessibility links

Sabah Yaxın Şərq sülh konfransı işinə başlayır


Prezident Buş İsrail və Fələstin liderləri ilə Yaxın Şərq Sülh Konfransından öncə bu gün ayrı-ayrılıqda görüşlər keçirir. ABŞ prezidenti tərəflər arasında sülh perspektivlərinə nikbin baxdığını deyib. O, sabah keçiriləcək sülh konfransından öncə bu gün axşam dövlət katibi Kondoliza Raysın təşkil etdiyi ziyafət zamanı konfrans iştirakçıları qarşısında çıxış edəcək.

Birləşmiş Ştatların təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Stefen Hadli müxbirlərlə söhbəti zamanı sabah Merilend ştatının Anapolis şəhərində keçiriləcək konfransın gələcək sülh danışıqlarına yol açacağını, lakin bu konfransda rəsmi danışıqlar keçirilməyəcəyini deyib.

Prezident Buş Annapolis konfransının tərəflərə sülh prosesini canlandırmaq üçün imkan yaradacağını deyir.

XS
SM
MD
LG