Accessibility links

Yonqbyona nümayəndə heyəti gedəcək


Çinin Xarici İşlər Nazirliyi bildirir ki, Şimali Koreyanın nüvə proqramı ilı bağlı altıtərəfli danışıqlarda iştirak edən dövlətlərin nümayəndələri tərk-silah prosesini müşahidə etmək üçün həmin ölkəyə gedəcəklər. Nazirliyin sözçüsü bildirib ki, birgə heyət sabah Yonqbyona üç-günlük səfər edərək, oradakı proqresi nəzərdən keçirəcək. Çin heyətin tərkibində kimlərin olacağını açıqlamayıb.

Şimali Koreya bu ilin sonunadək nüvə obyektlərini bağlayacağını vəd etmişdir. Bunun əvəzində Pxenyana enerji yardımı və siyasi güzəştlər ediləcək.

Bu arada ABŞ Dövlət Departamenti nüvə tərk-silahı prosesini izləmək üçün Pxenyana xüsusi nümayəndə təyin etdiyini bildirib.

XS
SM
MD
LG