Accessibility links

Rusiya ilə ABŞ Avropada anti-raket sistemi yerləşdirmək planını müzakirə edir


ABŞ və Rusiya ekspertləri Vaşinqtonda bir araya gələrək, rakterlərə qarşı müdafiə sisteminin Avropada yerləşdirilməsi məsələsini müzakirə edirlər. Pentaqon sözçüsü danışıqların Rusiyanın narahatlılqarını azaltmağa yönəldiyini bildirib. Bundan bir az öncə isə yüksək rütbəli Rusiya rəsmisi deyib ki, Moskva ABŞ-ın Avropada anti-raket sistemi yerləşdirmək planı ilə bağlı dialoqa hazırdır.

Baş nazirinin birinci müavini Sergey İvanov Rusiya Xəbər Xidməti radio stansiyasına bildirib ki, Moskva Birləşmiş Ştatlardan sistemə dair bir neçə yazılı təklif alıb. O, deyib ki, əgər ABŞ Moskvanın mövqeyini qulaqardına vuraraq öz maraqlarını güdməyə başlasa, onda Rusiya öz təhlükəsizliyini qorumaq üçün cavab tədbirləri görəcək. Amma o, əlavə edib ki, Rusiya silah yarışına qatılmayacaq.

XS
SM
MD
LG