Accessibility links

Pərviz Müşərrəf  baş komandan vəzifəsindən istefa verdi


Pakistan prezidenti Pərviz Müşərrəf hərbi qüvvələrin baş komandanı vəzifəsindən istefa verib və bu vəzifəni general Əşfəq Kəyaniyə həvalə edib. Prezident Müşərrəfin bu vəzifəsindən istefası ilə əlaqədar Ravalpindi şəhərinin kiçik idman meydanında keçirilən mərasimdə müvəqqəti hökumət üzvləri, jurnalistlər, hərbi zabitlər iştirak etmiş və mərasim televiziyada canlı yayımlanmışdır.

Müxalifət liderləri Pərviz Müşərrəfin hərbi komandan vəzifəsindən istefa qərarını alqışlamış, lakin demişlər ki, prezident ölkədə demokratiyanın bərpası üçün daha çox iş görməlidir.

XS
SM
MD
LG