Accessibility links

Pərviz Müşərrəf prezidentliyin yeni dönəminə başladı


Pakistan prezidenti Pərviz Müşərrəf yenidən beş illik prezidentlik dönəminə başladı. Pərviz Müşərrəf prezident sarayında təşkil edilən andiçmə mərasimində mülki prezident kimi hakimiyyətə başlamasını demokratiyaya keçid mərhələsinin "təməl daşı" adlandırdı. Cənab Müşərrəfin andiçmə mərasimi 46 illik hərbi karyerasından əl çəkməsindən bir gün sonar keçirilir. Prezident Müşərrəf inaqurasiya çıxışında sabiq baş nazirlər, Benəzir Bhutto və Navaz Şərifin mühacirətdən geri dönməsini siyasi barışıq üçün müsbət addım adlandırıb. Sabiq baş nazirlər İslamabaddakı bu mərasimdə iştirak etməyiblər.

Cənab Müşərrəf eləcə də, parlament seçkilrərinin yanvar ayının 8-də keçiriləcəyi barədə məlumatı bir daha təsdiq edib.

XS
SM
MD
LG