Accessibility links

Hindistanın təhlükəsizlik işçiləri həlak olub


Hindistan polisinin bildirdiyinə görə, bu gün Çhatisqar ştatında maşının minaya dəyməsi nəticəsində 10 nəfər təhlükəsizlik işçisi və bir sürücü həlak olub. Hadisənin Maoçu yaraqlılar tərəfindən törədildiyindən şübhələnilir.

Qeyd edək ki, Naksalitlər kimi tanınan, polisi, hökumət rəsmilərini və varlı sahibkarları hədəf alan maoçular on illərdir ki, Hindistanın mərkəz və şərq ştatlarında fəaliyyətdədirlər. Onlar yoxsul kəndlilərin hüquqları uğrunda mübarizə apardıqlarını iddia edirlər.

XS
SM
MD
LG