Accessibility links

Venezuela prezidenti konstitutsiya dəyişikliyini təsdiq etməyə çağırıb


Venezuela Prezidenti Uqo Şavez seçiciləri ona həyatı boyu hakimiyyəti əldə saxlamağa imkan verən konstitutsiya dəyişikliyini təsdiq etməyə çağırıb. 53 yaşlı lider Karakas küçələrinə dolmuş minlərlə tərəfdarına deyib ki, əgər seçicilər islahat paketinə səs versələr o, 2050-ci ilədək hakimiyyətdə qalmağa hazırdır. Təklif olunan dəyişiklilər prezidentin səlahiyyət məhdudiyyətlərini aradan qaldırır və sosialist islahatlara yol açır. Prezident Şavez ABŞ hökumətinə referenduma müdaxilə etməmək haqda xəbərdarlıq verərək belə olan halda neft satışını dayandıracağı ilə hədələyib. Cənab Şavez əlavə edib ki, referendumda “yox” səs vermək Prezident Buşa səs verməkdir. ABŞ-ın Karakasdakı səfirliyi müdaxilə haqda iddiaları rədd edib.
XS
SM
MD
LG