Accessibility links

Bu gün Dünya AİDS günüdür


Bütün dünyanın səhiyyə fəalları hər il olduğu kimi fikirləri pandemiya ilə mübarizədə cəmləşdirmək məqsədilə bu günü Dünya AİDS günü kimi qeyd edirlər. BMT-nin sponsorluq etdiyi AİDS, Tuberkulyoz və Maliyariya ilə Mübarizə Qlobal Fondu AİDS-ə səbəb olan HİV virusu ilə yaşayan 1.5 milyon insanı dərmanla təchiz edib. Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın Yohannesburqda təşkil etdiyi xeyriyyə konsertinə minlərlə insan toplaşıb. Ənni Linnoks, Piter Qabriel və Qu Qu Dolz kimi beynəlxalq incəsənət xadimlərinin iştirak etdiyi konsertdə 50 minə yaxın insanın iştirakı gözlənilir. AİDS-lə mübarizəyə yardım məqsədilə keçirilən bu tədbiri Mandela artıq 5-ci dəfədir ki təşkil edir.
XS
SM
MD
LG