Accessibility links

Hindistan Banqladeşə qoyduğu düyü ixracatı qadağasını ləğv edib


Hindistan siklona məruz qalmış Banqladeşə yardım məqsədilə həmin ölkəyə qoyduğu düyü ixracatı qadağasını ləğv edib. Hindistanın xarici işlər naziri Pranab Muxerci bu gün Banqladeşə qısa səfəri zamanı açıqlama verib. Səfər çərçivəsində o, rəsmilərlə görüşməklə yanaşı, noyabrın 15-də qasırğanın dağıntılara məruz qoyduğu əraziyə baş çəkib. Xarici işlər nazirinin sözlərinə görə, Hindistan Banqladeşə 500 min ton düyü ixrac etməyə icazə verəcək. Banqladeş hökuməti Sidr qasırğası səbəbilə evlərindən didərgin düşən 2 milyon insana yardım məqsədilə beynəlxalq ictimaiyyətdən yarım milyon ton ərzaq istəyib.
XS
SM
MD
LG