Accessibility links

İranın təhsil naziri istefa verib


İranın təhsil naziri istefa verib. Gələn il prezident seçkilərindən əvvəl Mahmud Əhmədinejadın kabinetini tərk edən Mahmud Fərşidi istefa tələbini prezidentə təqdim edib. Bu addımın arxasında duran səbəblər barədə məlumat verilmir. Mart ayında Fərşidi əmək haqları və iş şəraitlərinə görə İran müəllimlərinin kəskin etirazları ilə qarşılaşmışdı. May ayında impiç edilmə cəhdlərinə baxmayaraq, o, vəzifəsində saxlanmışdı. Bu arada İran prezidenti Mahmud Əhmədinejadın Körfəz Əməkdaşlıq Şurasının Qatar yığıncağında iştirak edəcəyi xəbər verilir. Sabah Dohada keçiriləcək sammitə İran lideri ilk dəfədir ki, dəvət edilir. İranın xarici işlər naziriliyi prezidentin sammitdə iştirakını körfəz ölkələri arasında münasibətlərin inkişafı üçün zəruri adlandırır.

XS
SM
MD
LG