Accessibility links

İran prezidenti qonşu Ərəb ölkələri ilə əməkdaşlıq paktının yaradılmasını təklif edib


İran prezidenti Mahmud Əhmədinejad qonşu Ərəb ölkələri ilə iqtisadi əməkdaşlıq və birgə təhlükəsizlik paktının yaradılmasını təklif edib. O, bu təklifi dəvət olunduğu Korfəz Əməkdaşlıq Şurasının Qatarın paytaxtı Dohada keçirilən iki günlük zirvə toplantısında irəli sürüb. Prezident deyib ki, belə bir əməkdaşlıq regionda sülhün qorunmasına və inkişafına xidmət edər.

Cənab Əhmədinejad Körfəz Əməkdaşlıq Şurasının zirvə toplantısında iştirak edən ilk İran prezidentidir. Korfəz Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qatar daxildir.

XS
SM
MD
LG