Accessibility links

Pakistanın Seçki Komissiyası Navaz Şərifin parlament seçkilərində iştirakını rədd edib


Pakistanın Seçki Komissiyası müxalifət lideri, keçmiş baş nazir Navaz Şərifin parlament seçkilərində namizəd kimi iştirakını rədd edib. Seçki Komisiyasının Lahor şəhərindəki nümayəndəsi deyib ki, cənab Şərifin keçmiş cinayətləri nəzərə alınaraq onun namizədliyi rədd edilib. Bu, cənab Şəriflə xanım Bhutto arasında keçirilməsi planlaşdırılan yığıncağın başlanması ərəfəsinə təsadüf edir. Onların parlament seçkilərini müzakirə edəcəkləri nəzərdə tutulurdu. Cənab Şərif seçkiləri boykot edəcəyini bildirib.

Bu arada Birləşmiş Ştatların Pakistandakı səfiri Ann Patterson qarşıdakı seçkiləri müzakirə etmək üçün cənab Şəriflə görüşüb. Birləşmiş Ştatlar bütün tərəfləri azad və ədalətli seçkilərə çağırıb.

XS
SM
MD
LG