Accessibility links

İraqda mülki vətəndaşlar ABŞ hərbiçiləri tərəfindən qətlə yetirilib


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, Bağdadın şimalındakı Əl-Qaidə yaraqlılarına qarşı Tarmiyə şəhərində həyata keçirilən əməliyyat zamanı bir mülki vətəndaş ölmüş, üç nəfər yaralanmışdır. Hərbiçilər hadisə ilə əlaqədar təəssüfünü bildirmiş, maşının xəbərdarlıq atəşinə baxmayaraq, hərbi qüvvələrin yanından böyük sürətlə keçdiyini və bundan sonra əsgərlərin maşını atəşə tutduqlarını demişlər.

Qeyd edək ki, keçən həftə də buna oxşar insident zamanı ABŞ əsgərləri tərəfindən beş mülki vətəndaş öldürülmüşdü.

XS
SM
MD
LG