Accessibility links

Çin İranla bağlı diplomatiyasını saxlayacağını bildirib


Çin ABŞ kəşfiyyatının yeni hesabatından sonra İranla əməkdaşlıq diplomatiyası siyasətini saxlayacağını bildirib. Çin hökumətinin bugünkü açıqlamasında deyilir ki, ölkənin xarici işlər naziri Yanq Çieci rəsmi Pekinin mövqeyini bildirmək üçün Avropa Birliyinin xarici siyasət şöbəsinin rəhbəri Haviyer Solana və ABŞ dövlət katibi Kondoliza Raysa zəng edib. Yanq bildirib ki, Yaxın Şərqdə sabitlik və sülh üçün Çin nüvə silahlarının yayılmaması barədə beynəlxalq müqaviləni dəstəkləməkdə davam edəcək. O, BMT-nin İranın MAQATE ilə əməkdaşlıq və öhdəliklər qərarını yerinə yetirə biləcəyinə ümid etdiyini deyib.

XS
SM
MD
LG