Accessibility links

Pakistanda kamikadze qadın özünü partladıb


Bu gün Pakistanın Peşəvər şəhərinin şimal-qərb bölgəsində milli geyim geymiş qadın özünü xristian məktəbinin yaxınlığında partladıb. Rəsmilər partlayış zamanı yalnız həmin kamikadze qadının həlak olduğunu deyirlər. Onların sözlərinə görə, bu, ilk dəfədir ki, Pakistanda bomba partlayışı qadın vasitəsilə həyata keçirilir. Başqa bir xəbərdə Talibanyönümlü yaraqlıların dünən axşam Pakistanın 6 təhlükəsizlik personalını oğurladığı və onların Afqanıstanla sərhəddə olan nəzarət məntəqəsini partlatdığı bildirilir. Hücum ucqar rayon olan Baxurun Xar şəhərində olub. Pakistan ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına və rəsmi İslamabadın terrorizmlə mübarizədə Amerikaya dəstək olmasına etiraz edən yaraqlı qruplarla ölkənin ucqar bölgələrində mübarizə aparır.
XS
SM
MD
LG