Accessibility links

ABŞ-ın dövlət katibi Efiopiyadadır


Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays Böyük Göllər Regionu- Sudan və Somalidəki uzun müddətli böhranların müzakirəsi məqsədi ilə Efiopiyadadır. Bir günlük səfəri zamanı xanım Rays paytaxt Addis Ababada Uqanda, Ruanda və Burundi prezidentləri daxil edilməklə, Afrika ölkələrinin liderləri ilə görüşür.

Dünən müxbirlərlə görüşü zamanı ABŞ dövlət katibi Afrika ölkələrindəki böhranlara dair narahatlığını dilə gətirmişdi. Kondoliza Raysın görüşlər zamanı Burundi, Ruanda və Konqo demokratik respublikasında fəlaiyyət göstərən yaraqlıların silahsızlaşdırılması məsələsini də müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG