Accessibility links

Rusiya Qərbin serblər və albanlar arasındakı danışıqlara mane olduğunu deyir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Qərbin Kosovonun müstəqilliyinə dəstək verməsi Serblər və Kosovo albanları arasındakı danışıqlara mane olur. Bu gün Moskvada çıxış edən Lavrov bildirib ki, müstəqiliyin əleyhinə çıxan Serbiya ərazinin statusu ilə bağlı kompromis təklif edib. Lakin onun sözlərinə görə, proqresə nail olunmayıb, çünki Qərb Kosovonun müstəqilliyini qaçılmaz hesab edir.

Cənab Lavrov cümə günü Brüsseldə NATO xarici işlər nazirləri ilə görüşəcək. O, burada Moskvanın birtərəfli müstəqllik addımlarına qarşı mövqeyini yenidən təkrar edəcək. Xarici işlər nazirləri sülhməramlı qüvvələrin tərkibini müəyyən edəcək və bölgədə zorakılığa qarşı mübarizədə məhdudiyyətlərin aradan qaldırılmasını təsdiq edəcəklər.

XS
SM
MD
LG