Accessibility links

General Deyvid Petreyes İraqda hələ də təhlükə olduğunu deyib


ABŞ-ın İraqdakı hərbi qüvvələrinin baş komandanı, general Deyvid Petreyes ölkədə zorakılıqların azalmasına baxmayaraq, qüvvələrin hələ də qorxulu düşmən təhlükəsi altında olduğunu deyib. Bağdadda müxbirlərlə görüşən general təhlükəsizlik sahəsində əldə edilən inkişaflara görə razılığını bildirsə də, ehtiyatlı olmağın vacibliyini vurğulayıb. General Petreyes deyib ki, qorxulu düşmənə qarşı mübarizə daha artıq səylər tələb edir. Deyvid Petreyes Bağdadda ABŞ-ın İraqda səfərdə olan müdafiə naziri Robert Geytslə görüşüb. Dünən müdafiə naziri İraq liderləri ilə müzakirələr aparmışdı.
XS
SM
MD
LG