Accessibility links

İranın nüvə silahları fəaliyyətlərinin təhlili hərbi rəsmilərin gizli danışıqlarına əsaslanır


Aparıcı Amerika qəzetinin verdiyi məlumata görə, İranın nüvə silahları fəaliyyətləri barədə təhlilini İran hərbi rəsmilərinin gizli danışıqlarına əsaslandırıb. Nyu York Taymz qəzeti adının çəkilməsini istəməyən hökumət rəsmisinə istinad edərək bu söhbətlərin xülasəsini tərtib edən sənədlər haqda öyrənib. Rəmsilər sonradan sənədləri tutuşduraraq, İranın atom silahı proqramını 2003-cü ildə dayandırdığını müəyyən ediblər.

Mərkəzi Kəşfiyyat Agentliyinin əməkdaşlarından ibarət qrup bu məlumatın İranın dezinformasiya kampaniyasının tərkib hissəsi olub-olmadığını öyrəniblər. Agentlər belə qərara gəliblər ki, İran rəsmilərinin gizli söhbətində deyilənlər həqiqəti əks etdirir.

XS
SM
MD
LG