Accessibility links

Kristofer Hill Tokiodadır


Amerikanın nüvə müzakirəçisi Kristofer Hill bu gün Tokioda Şimali Koreyanın nüvə fəaliyyətlərinin dayandırılması sahəsində tərəqqi əldə edildiyini bildirib. Şimali Koreyanın lideri Kim Yong İlə prezidenti Buşun məktubu çatdırmaq üçün Kristofer Hill bu həftənin əvvəllərində Pxenyanda olmuşdu. Xatırladaq ki, ABŞ prezidenti Corc Buş Şimali Koreyanı iqtisadi və digər yardımlar müqabilində nüvə fəaliyyətlərini dayandırmağa çağırmışdı. ABŞ nümayəndəsi Kristofer Hill Şimali Koreyanın ilin sonundək nüvə fəaliyyətlərinə dair siyahısını açıqlaması üçün səylərini gücləndirib.

XS
SM
MD
LG