Accessibility links

NATO sülhməramlılarını Kosovoda saxlayacaq


NATO baş katibi Yap de Hup Şxefferin sözlərinə görə, alyans dekabrın 10-dan sonra da Kosovoda qoşunlarını saxlamaq qərarına gəlib. Brüsseldə NATO xarici işlər nazirlərinin toplantısında danışan Şxeffer NATO-nun regionda zorakılıq etməyə çalışan hər kəsə qarşı sərt addımlar atacağına dair xəbərdarlıq verib. Qeyd edək ki, Alyansın Kosovoda 16 min sülhməramlı qüvvəsi var. Kosovonun müstəqilliyini elan etdiyi təqdirdə regionda zorakılıqların baş qaldıracağından ehtiyat edilir. Serbiya müstəqillik ideyasının əleyhinədir. NATO xarici işlər nazirlərinin bu gün həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
XS
SM
MD
LG