Accessibility links

İran və ABŞ-ın qarşılıqlı ittihamları davam edir


Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarını İranın nüvə fəaliyyətləri haqda hesabat hazırlayarkən casusluqdan istifadə etməkdə günahlandırıb. İRNA xəbər agentliyi ölkənin xarici işlər naziri Mənuçöhr Möttəkiyə istinadən bildirib ki, hökumət İsveçrənin İrandakı səfirliyinə etiraz məktubu göndərib. Məktubda ABŞ-ın Milli Kəşfiyyatının bu həftə açıqladığı hesabatından şikayət ifadə edilir. Bu arada ABŞ-ın müdafiə naziri Robert Geyts Birləşmiş Ştatlar kəşfiyyatının rəsmi Tehranın nüvə silahı proqramını 2003-cü ildə dayandırdığını bildirilən hesabatına baxmayaraq, İranın hələ də Yaxın Şərq və Amerika üçün təhlükə olduğunu deyib. Bəhreyndə keçirilən təhlükəsizlik konfransında danışan Geyts deyib ki, İran körfəzi ölkələri İrandan əvvəlki nüvə fəaliyyətlərinə aydınlıq gətirməsi və gələcəkdə nüvə silahı yaratmayacağına söz verməsini tələb etmək üçün birgə işləmələdir.
XS
SM
MD
LG