Accessibility links

Rusiya parlament seçkilərinin rəsmi nəticələrini açıqlayıb


Rusiya dekabrın 2-də keçirilən parlament seçkilərinin rəsmi nəticələrini açıqlayıb. Mərkəzi Seçki Komissiyası bu gün bildirib ki, prezident Vladimir Putinin Vahid Rusiya Partiyası 64 faizdən çox səs alıb. Bu, onlara 450 yerlik Dövlət Dumasında 315 üzvlə təmsil olunmaq imkanı verir. Kommunist Partiyası 57 yer əldə edib. Kreml tərəfdarı Liberal Demokrat Partiyası 40, Ədalətli Rusiya isə 38 yer götürə biliblər. Digər partiyalar isə Dumada təmsil olunmaq üçün kifayət qədər səs toplaya bilməyiblər.

Müxalifət liderləri deyiblər ki, ziddiyyətli yeni seçki qaydaları faktiki olaraq hakim partiyanın çoxluq əldə etməsinə zəmanət verir. ATƏT bildirib ki, seçkilər pozuntular və müxalifətin təhdid olunması şəraitində keçib.

Rəsmi Moskva seçkilərlə bağlı beynəlxalq və yerli tənqidləri rədd edir.

XS
SM
MD
LG