Accessibility links

Rusiya xarici işlər naziri Kosovo məsələsində çıxılmaz vəziyyətin yaranmasında qərbi günahlandırıb


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Serbiyanın Kosovo vilayətinin gələcəyilə bağlı danışıqlarda çıxılmaz vəziyyətin yaranmasında qərb ölkələri, xüsusilə də Birləşmiş Ştatları günahlandrıb. Bu gün Moskvada danışan Sergey Lavrov deyib ki, Kosovonun müstəqilliyinin qaçılmaz bir fakt kimi qəbul edilməsi kompromisin əldə edilməsində əsas maneədir. O, keçən həftə başa çatan 120 günlük danışıqlara dair vasitəçilərin hesabatına dəqiq və obyektiv kimi yüksək qiymət verib.

Lakin ABŞ Dövlət katibi Kondoliza Rays cümə günü Brüsseldə deyib ki, Kosovoya dair qərar təxirə salına bilməz. O, BMT-nin vasitəçisi Martti Ahtisaarinin vilayətin beynəlxalq müşahidə şərtilə müstəqilliyinə dair təklif etdiyi planın prinsiplərinə əməl edilməsinə çağırıb.

XS
SM
MD
LG