Accessibility links

Qara qızılın tarixçəsi - 2


Neftdən danışanda ilk olaraq adamın xatirinə Yaxın Şərq gəlir. Ancaq neft sahəsi bütün dünyada inkişaf etməkdədir. Misal üçün Nigeriya Afrika qitəsinin ən böyük, bütün dünyanın isə 11-ci neft istehsalçısıdır. Rusiya dünyanın ən çox neft ixrac edən 2-ci ölkəsidir. Təbii qazda isə bu göstəriciyə görə, ölkə ilk sırada durur. Ancaq digərlərindən daha çox neft istehsal və ixrac edən ölkə Səudiyyə Ərəbistanıdır. Səudiyyə dünyanın aşkar olunmuş neft ehtiyatlarının ¼ hissəsinə malikdir. Keçən il Səudiyyə Ərəbistanı və Fars körfəzinin başqa ölkələri dünyanın yanacaq təchizatının 28 faizini istehsal edib. Birləşmiş Ştatların Enerji Departamenti bildirir ki, onlar həmçinin məlum ehtiyatların 55 faizinə malik olub.

Fars körfəzinin digər istehsalçıları Bəhreyn, İran, İraq, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləridir. İran dünyanın aşkar olunmuş neft ehtiyatlarının 10 faizinə sahibdir. İraqın da geniş neft təchizatları var və orada aşkar olunmamış daha çox ərazi mövcud ola bilər.

1960-cı ildə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela Neft İxrac Edən Ölkələr Təşkilatı - OPEK-i yaratdılar. Hazırda OPEK-in 12 üzvü var. Ən yeni üzv Anqoladır. Ölkə bu il təşkilata qoşulub. Yanacaq qitmətlərinin qalxması OPEK-ə yeni diqqət oyadıb. Təşkilatın üzvləri dünya neftinin təxminən 40 faizini hasil edir. Acnaq dünyanın ən çox neft ixrac edən 3 ölkəsindən 2-si - Rusiya və Norveç OPEK-in üzvü deyillər.

Təşkilatın təsiri 1973-ci ildə Ərəb-İsrail müharibəsi üzündən yaranan yanacaq böhranı zamanı ola bilsin ki, kuliminasiya nöqtəsinə çatmışdı. Neft hasil edən ərəb dövlətləri İsraili dəstəkləyən ABŞ, Qərbi Avropa və Yaponiyanı baykot etdilər. O vaxtdan bəri yeni tapıntılar və Post Sovet ölkələri daxil olmaqla bəzi ərazilərdə artan istehsalat bu regionların daha çox neft təchiz etməsinə səbəb oldu.

Milli yanacaq şirkətləri dünya neft təchizatlarının 8 faizinə nəzarət edir. Son illərdə qalxan neft qiymətləri hökumətlərin birbaşa və ya bilavasitə yanacaq sənayesini ələ keçirməsinə səbəb olur.

Prezident Uqo Çaves Venesuelada neft əməliyyatlarını milliləşdirmək istəyir. Həmçinin Rusiyada ardıcıl hökumət tədbirləri “Yukos”un malik olduğu ehtiyatların “Rosneft”in nəzarəti altına keçməsi ilə nəticələndi. Rusiya hökumətinin şirkətin milyardlarla dollar vergi borcu olmasını söyləməsi və ölkənin ən varlı adamı olan “Yukos”un təsisatçısını həbsə almasına qədər bu kampaniya Rusiyanın ən böyük özəl şirkəti idi.

Emil Quliyev

XS
SM
MD
LG