NATO və əfqan qüvvələri bir neçə gün davam edən döyüşlərdən sonra Helmənd vilayətinin Musa Qala şəhərindən Taliban döyüşçülərini çıxarıblar. Hazırda şəhər koalisiya qüvvələrinin nəzarəti altındadır. Taliban sözçüsü döyüşçülərin məğlubiyyətini təsdiq edərək, bunun strateji manevrlərin bir hissəsi olduğunu bildirib. Əfqanıstanın Müdafiə Nazirliyi taliblərin Səngin rayonu yaxınlığındakı ərazilərə hücum etdiyini xəbər verir.