Accessibility links

İsrail - Fələstin sülh danışıqları bərpa edildi


Israil və Fələstin rəsmilərinin yeddi il bundan əvvəl dayandırılmış sülh danışıqları bu gün bərpa edildi. Qüdsdə keçən danışıqlar fələstinlilərin yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmaq, İsrailinsə Qəzza Zolağında raket atəşindən şikayətinə görə narazılıqlarla başa çatıb. Fələstinlilərin müzakirəçisi Sahib Ərakat deyib ki, İsrail yaşayış məntəqələrinin inşası, ya da fələstinlilərlə sülh əldə etmək arasında seçim etməlidir. Rəsmilər iki həftədən sonra yenidən görüşəcəklərini bildirmişlər.

Dünən isə İsrail hərbi qüvvələrinin Qəzza Zolağında fələstinli yaraqlılara qarşı keçirdikləri genişmiqyaslı əməliyyatlar zamanı azı 6 yaraqlı öldürülmüşdü.

XS
SM
MD
LG