Accessibility links

Corc Buş Ağ Evdə Nigeriya prezidentini qəbul edib


" hspace=2 src="/azerbaijani/images/ap_us_nigeria_bush_Yar_Adua_13dec07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş bu gün Ağ Evdə Nigeriya prezidenti Umaru Yar Aduanı qəbul edib. Görüşdən sonra müxbirlərlə danışan Nigeriya prezidenti cənab Buşla Afrikada təhlükəsizlik Nigeriyada islahatlar, habelə Niger Delta regionu və Gvineya körfəzindəki vəziyyəti müzakirə etdiyini deyib. Nigeriya prezidenti Umaru Yar Adua AFRİKOM-la partnyorluq etməklə, təkcə öz ölkəsi deyil, bütöv Afrika qitəsinin sülh və sabitliyinin bərqərar edilməsinə yardım göstərəcəyini bildirib. O həm də Amerikanın Afrikanın hər hansısa ölkəsində hərbi baza yaradılması ideyasının əleyhinə olduğunu deyib. Amerika hazırda Almaniyada fəaliyyət göstərən Amerikanın yeni Afrika hərbi komandanlığı-AFRİKOM üçün Afrika ölkələrinin birində baş qərargah açmağa çalışır.

XS
SM
MD
LG