Accessibility links

NATO Yaponiyanın Əfqanıstanın yenidənqurmasında geniş rol oynayacağına ümid edir


NATO-nun baş katibi Yap De Hup Şeffer Yaponiyanın təhlükəsizik missiyası da daxil edilməklə, Əfqanıstanın yenidənqurmasında daha geniş rol oynayacağına ümid bəslədiyini deyib. Bu gün Tokioda təşkil edilən forumda çıxış edən baş katib deyib ki, Yaponiya Əfqanıstandakı beynəlxalq təhlükəsilzliyə yardım qüvvələrinin əməliyyatlarındakı iştirakını hələ təmin etməyib. Yaponiya isə beynəlxalq qüvvələr tərkibində fəlaiyyətlərinin konstitusiyaya zidd olğdunu bildirir.

Qeyd edək ki, NATO komandirləri beynəlxalq yardım qüvvələrinin hazırkı sayının Əfqanıstanda təhlükəsizliyin təminat altına alınması üçün kifayət etmədiyindən şikayətlənir. NATO rəhbəri üç günlük səfəri çərçivəsində Yaponiyanın baş naziri, müdafiə və xarici işlər nazirləri ilə görüşür.

XS
SM
MD
LG