Accessibility links

ABŞ rəsmiləri İraqda baş verən son partlayışları tənqid ediblər


Amerikanın İraqdakı yüksək vəzifəli rəsmiləri dünən ölkənin şiələr yaşadığı cənub şəhəri Amarahda 40 nəfərin ölümünə, 125 nəfərin isə yaralanmasına səbəb olan parlayışı kəskin şəkildə qınayıblar. Səfir Ryan Kroker və ABŞ qüvvələrinin İraqdakı komandiri general Deyvid Petreusun birgə bəyənatında hücumu təşkil edənlərin məhkəmə qarşısına çıxarılmasında İraq rəsmilərinə kömək edəcəyi də vəd edilir. Qaraj, bazar və yerli polis idarəsini hədəfə alan 3 avtomobil partlayışının məsuliyyəti üzərinə götürən olmayıb. Ölənlərin çoxu birinci partlayışın ardından hadisə yerinə toplaşan şahidlər olub.
XS
SM
MD
LG