Accessibility links

Amerikada müəllimlərin əmək haqları və tədris sistemləri - 2


Emil Quliyev

Andryu MakMaykl 6-cı ildir ki Qərbi Kentuki Universitetində tarix müəllimi işləyir. O, işə professor yardımçısı kimi ildə 7 kurs tədris etməklə başlayıb. Andryunun başlanğıc maaşı ilə 43 min dollar və əlavə gəliri olub. Əlavə gəlirə onun və ailəsinin səhiyyə sığortası ilə yanaşı, özünün həyat sığortası və təqaüd planı da daxildir. MakMaykl universitetdə daimi iş yeri əldə etməyə çalışırdı. Bu o demək idi ki, universitet ya onu daimi iş yeri ilə təmin etməli ya da ondan tədris mərkəzini tərk etməyi xahiş etməli idi. Müəllim 5 ildən sonra daimi iş yeri xahiş etdi. O, tədris və komitəyə xidmət barədə araşdırmasına dəlil təqdim etməli idi. Tədris bacarığı tələbələr və başqa professorların müşahidələrilə qiymətləndirilir. Araşdırma tələblərinə 3 məqalə dərc etdirmə, kitab yazma və ya xarici əsəri ingilis dilinə tərcümə etmək daxildir. Professorlar daimi iş yeri üçün bütün tələblərlə tanış olduqlarını fikirləşə bilərlər, ancaq heç kəs buna təminat verə bilməz. Proses gizli və qeyri-şəffaf görünə bilər.

Son illərdə məktəblər daimi müəllimlərinin sayını azaldıblar. Bu onlara pula qənaət etməyə və administrasiya nəzarətini gücləndirməyə imkan verir. Bu, həmçinin, az iş yeri üçün güclü mübarizəyə işarədir.

Bu ilin əvvəlində Andryu MakMayklın Qərbi Kentuki universitetindəki taleyinə aydınlıq gəlib. Bu yaxşı xəbər idi. O, daimi iş yeri əldə etdi və professor adını aldı. Bu həmçinin Andryunun əmək haqqının 10 faiz artması demək idi. O, hazırda ilə 58 min dollar alır. Müəllim, mühasibat kimi qeyri-humanitar sahələrdə yenicə işə başlamış professorun daha çox pul qazandığını bilir. O həmçinin bilir ki, məktəb onun tədris etdiyi dərsləri 15 min dollar müqabilində və hətta heç bir gəlirsiz keçəcək müəllimləri də tapa bilərdi. Ancaq professor olmaq daha çox dərslərə malik olmaq deməkdir.

MakMaykl deyir ki, daimi müəllim olmaq ona istədiyi araşdırmanı aparmağa imkan verəcək. Tarix onun yeganə narağı deyil. Baharda o, pivə və pivə hazırlanması tarixi haqda bioloq professorla birgə dərslər tədris edəcək.

XS
SM
MD
LG