Accessibility links

Pakistanda fövqəladə vəziyyət ləğv olundu


Pakistan prezidenti Pərviz Müşərrəf ölkədə altı həftə davam edən fövqəladə vəziyyəti ləğv edib. İnfotmasiya naziri Nisar Memonun sözlərinə görə, cənab Müşərrəf noyabrın 3-dən tətbiq olunmuş fövqalədə vəziyyətin ləğvi ilə bağlı sənədi bu gün imzalayıb. Prezident Müşərrəf bu gün həmçinin xalqa müraciət edəcək. Pakistanın baş prokuroru general Malik Məhəmməd Qəyyum Amerikanın səsinin İslamabaddakı müxbirinə bildirib ki, indi hər bir kəsin hüquqları bərpa olunur. O, mətbuata qoyulmuş məhdudiyyətlərinin götürüləcəyini deyib. Dünən prezident Müşərrəf konstitusiyaya bəzi dəyişikliklər edib. Bu dəyişiklərlə o, hakimiyyətdə qalmasını qanuniləşdirmiş və rəqiblərini susdurmağa nail olub.
XS
SM
MD
LG