Accessibility links

Rusiya ABŞ-ı şərqi Avropada raketdən müdafiə sistemi yerləşdirmək planına görə tənqid edib


Rusiyanın yüksək rütbəli generalı Yuri Baluyevskinin sözlərinə görə, ABŞ-ın şərqi Avropada yerləşdirmək istədiyi raketdən müdafiə qurğularından atəşin açılması, ona cavab olaraq interkontinental balistik raketlərin atılması ilə nəticələnə bilər. O, bu narahatlığını Moskvada keçirilən mətbuat konfransında bildirərək, ABŞ-ın Polşa və Çex Respublikasında raketdən müdafiə sistemini yerləşdirmək planını kəskin tənqid edib. ABŞ rəsmiləri isə deyirlər ki, bu plan NATO ölkələrini İranın hücumlarından qorumaq üçün təklif olunub. Rusiya isə bu planı təhlükəsizliyi üçün hədə hesab edir.
XS
SM
MD
LG