Accessibility links

ABŞ rəsmisi Livan siyasətçilərini ölkə prezidentini seçməyə çağırır


Birləşmiş Ştlatarın yüksək səviyyəli diplomatı Livanın rəqib siyasətçilərini hərəkətə keçib yeni prezident seçməəyə çağırıb. ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə müavini Deyvid Velş bu gün maroni xristianların patriarxı Nasrallah Sfeyrlə görüşdən sonra Beyrutda danışıb. Ənənəvi olaraq Livanda maroni xristian prezident seçilir. Deyvid Velşin sözlərinə görə, Birləşmiş Ştatlar inanır ki, Livan parlamenti üzvlərinin öz vəzifələrni tam yerinə yetirmək və yeni prezidentin seçilməsinə səs verməsinin vaxtı gəlib çatıb. O əlavə edib ki, qarşıda duran çətinlikləri həll etmək üçün Livana prezident lazımdır.
XS
SM
MD
LG