Accessibility links

Nino Burcanadze Rusiyanın Abxaziya və Cənubi Osetiyanın tanınması istiqamətində ata biləcəyi addımların nəticələrinə dair xəbərdarlıq edib


Gürcüstan prezidentinin səlahiyyətlərini icra edən Nino Burcanadzenin sözlərinə görə, Rusiyanın Gürcüstandan ayrılmaq istəyən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması müharibənin elan edilməsinə gətirib çıxara bilər. Xanım Burcanadze Abxaziya və Osetiyanın separatçı liderlərə istinadən bildirib ki, onlar Kremlin qarşıdakı aylar ərzində vilayətlərin müstəqilliyini dəstəkləyəcəyinə əmindirlər. Onun sözlərinə görə, rəsmi Tbilisi bu addımı Gürcüstanın ərazisinin işğalı kimi qəbul edəcək. Nino Burcanadze bu açıqlamaları Tbilisi Dövlət Universitetində nitq söyləyərkən verib. Gürcüstan daha əvvəl də Rusiyanı bu iki vilayətdə seperatçı hərəkatları dəstəkləməkdə ittiham edib.
XS
SM
MD
LG