Accessibility links

Qırğızıstanda seçkilər tənqid olunur


Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin partiyası müxalifət partiyalarının və beynəlxalq müşahidəçilərin tənqid etdiyi seçkilərdə qalib gəlməyə şanslı görünür. Bülletenlərin 80 faizi sayıldığı halda seçki rəsmiləri cənab Bakiyevin Al Jol partiyasının 48 faiz səsə malik olduğunu xəbər verir. İlkin nəticələr göstərir ki, müxalif Ata Meken partiyası uzaq ikinci yerdə gəlir ki, bu da ona 90 yerlik parlamentdə yer ala biləcəyinə təminat vermir. Müxalifət partiyaları Bazar günü seçkilərində saxtakarlığın baş verdiyini deyirlər. ATƏT-dən gəlmiş seçki müşahidəçiləri Qırğızıstan seçkilərinin beynəlxalq standardlara cavab vermədiyini bildirirlər. Təşkilatın açıqlamasına görə səsvermə şəffaf olmayıb və çoxlu sayda prosedur qaydaları pozuntularına yol verilib.

XS
SM
MD
LG