Accessibility links

Kreml Kosovonun müstəqilliyinə qarşı çıxır


Rusiya rəsmiləri xəbərdarlıq edirlər ki, Kosovnun Serbiyadan ayrılması böhrana yol aça bilər. Rusiya xarici işlər nazirliyi yaydığı bəyanatda beynəlxalq qanuna riayət olunmadığı təqdirdə Kosovodakı situasiyanın nəzarətdən çıxa biləcəyəini söyləyib. Rusiya Kosovonun müstəqilliyinə qarşı çıxmaqla Serbiyanın tərəfini saxlayıb. Rus rəsmiləri Kosovodakı Serb azlığın taleyindən narahat olduqlarını bildirirlər. Rusiyanın Serbiyadakı diplomatik elçisi bu gün əlavə edib ki, Avropa Birliyinin BMT-nin icazəsi olmadan Kosovoya polis missiyası göndərməsi qeyri-qanuni olardı.

XS
SM
MD
LG