Accessibility links

İran Rusiyadan nüvə yanacağının ilk partiyasını aldı


İran Buşehrdə nüvə elektrik stansiyası üçün Rusiyadan göndərilən ilk nüvə yanacağını aldığını təsdiq edib. İranın yarı-rəsmi xəbər agentliyi İSNA bir İran rəsmisinə istinadən bildirib ki, 82 ton yanacaq Buşehr nüvə elektrik stansiyasının işə başlayacağı birinci il üçün nəzərdə tutlub. Bu gün bundan öncə Rusiyanın Xarici İşlər nazirliyi bildirib ki, Buşehrə göndərilmiş yanacaq İran ərazisində olacağı müddətdə Beynəlxalq Atom Enerjisi agentliyinin nəzarəti altında və qarantiyası altında olacaq. Rəsmi Tehran Buşehr və digər yerlərdə nüvə fəaliyyətlərinin dinc məqsəd daşıdığını bəyan edir. Birləşmiş Ştatlar və onun qərb müttəfiqləri İranı bu proqramlardan gizli şəkildə nüvə silahları istehsal etmək üçün istifadə etməkdə günahlandırırlar.
XS
SM
MD
LG