Accessibility links

Ekspertlər ABŞ-ın Gürcüstanda demokratiya ilə bağlı narahatlıqlarını vurğulayır


Birləşmiş Ştatlarda Gürcüstan üzrə ekspertlər bildiriblər ki, ABŞ Senatının Gürcüstanda gələn ay prezident seçkilərilə bağlı qətnaməsi Amerika qanunvericilərinin bu Qafqaz dövlətində demokratiyanın kök saldığını görmək istəyini ifadə edir. Qeyri-hökumət təşkilatı olan Freedom Housun eksperti Kristofer Uolker Amerikanın səsinin gürcü xidmətinə müsahibəsində deyib ki, qətnamədə yanvarın 5-i seçkilərinin Gürcüstana demokratik təsisatların bərqərar edilməsinə kömək edəcəyi ifadə edilir. Nyu York universitetinin hüquq fakültəsində ekspert Anna Dolidze qətnamənin güclü tonunu qeyd edərək bildirib ki, bu addım Senatın Gürcüstanda son inkişaflardan narahat olduğunu nümayiş etdirir. Senatda keçən həftə qəbul edilmiş qətnamə Gürcüstan hökumətini azad və ədalətli seçkilər keçirməyə, prezident Buşu isə prosesə güclü ictimai dəstək verməyə çağırır.
XS
SM
MD
LG