Accessibility links

Əfqanıstandakı ABŞ şirkətində çalışan təhlükəsizlik işçiləri qətlə yetirilib


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Taliban yaraqlıları Birləşmiş Ştatların Əfqanıstandakı özəl təhlükəsizlik şirkətində işləyən azı 15 nəfər əfqan keşikçisini qətlə yetirmişlər. Rəsmilər deyirlər ki, Əfqan təhlükəsizlik işçiləri bu gün ölkənin Fərah vilayətində ərzaq ehtiyyatından ibarət karvanını müşayiət edərkən Taliban yaraqlıları tərəfindən pusquya salınaraq öldürülmüşlər. Təhlükəsizlik işçilərindən 5 nəfərinin də yaralandığı bildirilir.

Digər xəbərdə isə deyilir ki, dünən Fərah vilayətində iki, Helmən vilayətində bir neçə yaraqlı və Taliban komandiri öldürülüb.

XS
SM
MD
LG