Accessibility links

Türkiyə Avropa Birliyini onun təşkilata üzvlük məramını pozmamağa çağırıb


Türkiyənin xarici işlər naziri Əli Babacan Avropa Birliyi dövlətlərini Türkiyənin Birliyə üzvlük məramını pozmamağa çağırıb. Onun sözlərinə görə, ittifaqın bəzi üzvləri qəbul olunma prosesində Türkiyənin siyasi və hüquqi vəziyyətini sıradan çıxarmağa çalışırlar. Nazir deyib ki, belə fəaliyyətlər məsələyə məsuliyyətli yanaşma nümayiş etdirmir.

Fransa prezidenti Nikola Sarkozı Türkiyənin Birliyə daxil olması ilə bağlı dəfələrlə şübhələrini bildirib. Buna səbəb kimi isə ölkənin Avropadan çox Asiyaya mənsubiyyəti göstərilir. Babacan Brüsseldə Avropa Birliyi ilə Türkiyənin ittifaqa daxil olması barədə danışıqların yeni mərhələsinin açılışında danışıb.

XS
SM
MD
LG