Accessibility links

Əfqanıstan prezidenti ölkəsinin terrorizmdən ziyan çəkdiyini deyir


Əfqanıstan prezidenti Həmid Karzayın sözlərinə görə, ölkə terrorizmin yuvası deyil, əksinə ondan ziyan çəkir. Qurban bayramı müraciəti zamanı cənab Karzay ABŞ və onun müttəfiqlərini terrorçuları Əfqanıstandan kənarda hədəf almağa çağırıb. Əfqan liderin sözlərinə görə, yaraqlılar təlimləri ölkədən kənarda keçirlər. O, dəqiq yer adı çəkməsə də, əfqan rəsmiləri adətən Pakistana işarə edirlər. Bu il Taliban yaraqlılarının zorakılıqları nəticəsində 6 000 adam həlak olub.
XS
SM
MD
LG