Accessibility links

ABŞ prezidenti yanacaq standartlarına dair yeni qanun imzaladı


Bu gün ABŞ prezidenti Corc Buş minik və yük maşınlarının səmərəli yanacaq standartlarına dair qanununu imzaladı. Yeni ölçü ABŞ-ın maşınqayırma zavodlarından 2020-ci ilədək 15 km-lik məsafə üçün bir litr yanacaq yandırılması standartlarının tətbiqini tələb edir. Bu, son 22 ildə xüsusilə etanol olmaqla, bioyanacağın artırılmasına dair əsaslı addım olacaq.

Qanun soyuducu, dondurucu, qabyuyan maşınlar kimi ev ləvazimatlarına da xüsusi standarlar tətbiq edəcək. İşıq lampalarının 70% enerjiyə qənaəti nəzərdə tutulur.

ABŞ prezidenti Corc Buş deyib ki, yeni qanun ölkənin ən böyük problemi -xarici neftdən asılılıq sahəsində atılan ən mühüm addımdır. Yeni qanun prezidentin qarşıya məqsəd qoyduğu gələn 10 il ərzində ABŞ-ın yanacaqdan istifadəsinin 20%-ə endirilməsini təminat altına alacaq. Bundan əlavə yeni ticarət mülkiyyəti və federal binaların inşaat standartları da dəyişdiriləcək.

Prezident qanunu Nümayəndəlrə Palatasının 314 lehinə, 100 əleyhinə səslə sənədi təsdiq etməsindən bir gün sonra imzalayıb. Senat qanunu keçən həftə təsdiq etmişdi.

XS
SM
MD
LG