Accessibility links

Rusiya prezidenti Vladimir Putin ilin adamı adına layiq görülüb


ABŞ-ın Time jurnalı ilin adamı adına Rusiya prezidenti Vladimir Putini layiq görüb. Jurnal Rusiya liderinin ölkədə sabitlik yaratdığına görə bu ada layiq görüldüyünü bildirib. Təhlilçilərin fikrincə xəbər təəcübləndirici deyil. Bu, müxtəlif səbəblərlə izah edilir. Vətəni Rusiyada superulduz hesab edilən Putin Amerikada mübahisələr mərkəzində duran bir şəxs kimi nəzərdə tutulur. Belə ki, İran, anti-raket sistemi və digər məsələlərə görə iki ölkə arasında bu il gərginlik hökm sürmüşdü. Times jurnalı 1927-ci ildən etibarən ilin adamlarını seçməyə başlayıb. Əvvəlki qaliblər arasında ABŞ prezidenti Corc Buş da var.

XS
SM
MD
LG