Accessibility links

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi Konqresin kəşfiyyat komitəsi ilə əməkdaşlıq edəcək


ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi Əl-Qaidə terrorçuları olduğundan şübhələnilən iki şəxsin dindirilməsini nümayiş etdirən video-yazıların sıradan çıxarılmasına dair Konqresin kəşfiyyat komitəsi ilə əməkdaşlıq edəcəyini bildirir. Agentlik məsələyə aid olan bütün sənədlərin komitəyə təqdim ediləcəyinə vəd verib. Çərşənbə günü New York Times qəzeti Buş administrasiyasının 4 rəsmisinin video-kasetlə nə etməli olduğunu Mərkəzi Kəşfiyyat Agentliyi CIA-lə müzakirə etdiyini yazmışdı. Qəzetdə müzakirələrin 2003 və kasetlərin məhv edilməsinin 2005-ci ildə baş verdiyi deyilirdi. New York Times qəzetinin yazdığına görə, bu rəsmilər arasında Ağ Ev müşavirindən baş prokuror vəzifəsinə yüksəlmiş Alberto Qonzales, vitse- prezident Dik Çeyninin müşaviri Deyvid Addinqton və Qonzalesi müşavir vəzifəsində əvəzlmiş Harriyet Mayerz olub.

XS
SM
MD
LG